Əlaqə Arxiv
news Image
2013.10.02
18:54
| A A A
DSMF:" Prezidentliyə namizədlərin açıqlamaları pensiya yaşına çatmış insanlar arasında müəyyən çaşqınlıq yaradıb"

Son vaxtlar bəzi prezidentliyə namizədlər tərəfindən Azərbaycanda pensiyaya çıxma yaşının 65, yaşa görə pensiya alanların pensiyada olma müddətinin 4-5 il təşkil etdiyi barədə açıqlamalar verilir. Bu isə pensiya yaşına çatmış insanlar arasında müəyyən çaşqınlıq yaradıb. Çünki qanunvericilikdə qeyd olunanlarla bəzi prezidentliyə namizədlərin açıqlamaları arasında ziddiyyət var. Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə,Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev bildirib ki, bu açıqlamaların heç biri doğru deyil. Onun sözlərinə görə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycanda kişilər 63 yaşına çatdıqda və ən azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ var. Qadınlar üçün isə bu yaş həddi 1 yanvar 2013-cü il tarixdən il üzrə 59 yaş təşkil edir: "Bu baxımdan Azərbaycanda pensiya yaşının 65 olması barədə deyilənlər doğru deyil. Pensiyada olma müddətinin 4-5 il təşkil etdiyi barədə məlumatlara gəldikdə isə həmin məlumatlar da həqiqətəuyğun deyil və Dövlət Sosial Müdafiə Fondunun avtomatlaşdırılmış mərkəzi məlumat bazasında mövcud olan informasiyalarla tam ziddiyyət təşkil edir".
Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, son 7 ildə yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 olub.
Hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 19 il, kişilər üçün isə 12,7 il təşkil edir. Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti orta hesabla 16 ildir. Bundan başqa, "Əmək pensiyaları haqqında" qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.

Sizin Reklam Yeriniz