Əlaqə Arxiv
news Image
2013.10.03
11:25
| A A A
İki yük avtomobili toqquşub, yaralılar var

Ağdaş rayonu ərazisində "Şaqman" və DAF markalı iki yük avtomobili toqquşub. Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaradeyin kəndində, Bakı-Qazax yolunun 280-ci kilometrliyində baş verib.

 

DAF markalı yük avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib.

 

Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Sizin Reklam Yeriniz