Əlaqə Arxiv
news Image
2013.10.03
16:40
| A A A
Rusiyanın Trablus səfirliyinə hücum təşkil edilib

Movqe.Az xəbər verir ki, Liviyanın paytaxtı Trablusda, bir zabitin rus əsilli qadın tərəfindən öldürülməsinə etiraz edən nümayişçilərin Rusiya səfirliyinə girməyə çalışmasıyla açılan atəşdə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Xəstəxana qaynaqlarından alınan məlumata görə, rus əsilli bir qadının, 58 yaşındakı Məhəmməd Susi adlı zabiti silahla öldürməsinə etiraz etmək istəyən hirsli kütlənin, Rusiyanın Trablus səfirliyinə girmək istəməsiylə açılan atəşdə nümayişçilərdən 4-ü yaralanıb. Xəstəxanaya qaldırılan yaralı nümayişçilərdən birinin müdaxiləyə baxmayaraq öldüyü bildirilib. Daxili İşlər Nazirliyi Ali Təhlükəsizlik Şurasının Başçısı Haşim Bişr,  etdiyi şərhdə, təhlükəsizlik güclərindən ibarət olan iki qrupun, Səfirliyə girmə cəhdini təsirsiz hala gətirdiyini və binanada təhlükəsizliyin bərqərar edildiyini deyib. Ali Təhlükəsizlik Şurasının Başçısı Haşim Bişr, hadisədən sonra etdiyi şərhdə, "Qadın, üzərindəki bomba və silahlarla tutulub. Cinayətin siyasi qüvvələrlə işləndiyini düşünürük. Qatil, evin divarına, "siçanlara ölüm" deyə yazmışdı. Ifadəsində də zabiti şəxsən tanıdığını və xalq çevrilişindəki rolu səbəbiylə cinayəti planlayaraq işlədiyini etiraf edib " deyə bildirib.

Sizin Reklam Yeriniz