Nazirlik işçi axtarır
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant
dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi
müsahibə elan edir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
(RİTN) tərəfindən komissiyanın elan etdiyi müsabiqəyə 13 vakansiya
təqdim edib. Nazirlikdən Movqe.az-a verilən məlumata görə, bu
vakant yerlərə Məxfi şöbədə aparıcı məsləhətçi, İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun Layihələr ilə iş
sektorunda baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, fondun
Sahibkarlığın inkişafı sektorunda aparıcı məsləhətçi, məsləhətçi,
eyni zamanda RİTN-in Elektron Təhlükəsizlik Mərkəzində baş
məsləhətçi - kadrlar üzrə, mərkəzin Əməliyyat sektorunda baş
məsləhətçi, məsləhətçi, Analiz və məsləhət sektorunda aparıcı
məsləhətçi, məsləhətçi, həmçinin, Beynəlxalq əlaqələndirmə və
əməkdaşlıq sektorunda baş məsləhətçi, məsləhətçi vəzifələri
daxildir. Qeyd edək ki, müsabiqədə
iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası
vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin
Forması"nı oktyabrın 4-dən noyabrın 4-ü saat 18:00-dək, ümumi
müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə sənədlərini
oktyabrın 4-dən oktyabrın 23-ü saat 18:00-dək komissiyaya təqdim
etməlidirlər. Müraciət forması elektron (müsabiqə üçün), şəxsən və
yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə
bilər.