Əlaqə Arxiv
news Image
2013.10.04
14:05
| A A A
Qeyri-sabit hava şəraiti davam edəcək

Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında soyuq, küləkli hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir.


Şimal-qərb küləyi arabir güclənəcək.

 

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, havanın temperaturu gecə və gündüz 11-15 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında oktyabrın 5-də şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə  intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə isə 0 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır.

Sizin Reklam Yeriniz