Əlaqə Arxiv
news Image
2013.10.04
15:58
| A A A
Qadının idarə etdiyi maşın aşaraq yandı

Ötən gecə Bakıda yanğınla nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, Heydər Əliyev prospekti ilə Ramanadan şəhər istiqamətində hərəkət edən "Mercedes" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yoldan çıxan maşın bir neçə ağacı sındırıb və aşıb. Aşdıqdan sonra maşında yanğın başlayıb.

Hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub. Yanğınsöndürənlər yanan maşını söndürüblər.


Daha sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobilə baxış keçiriblər. Lakin maşında insan olmadığı müəyyən edilib.


Hadisə şahidləri APA TV-yə bildiriblər ki, maşını qadın idarə edirmiş. Qəzadan sonra yanğın başlamadan onun avtomobili tərk etdiyi ehtimal olunur. Lakin sürücünü yaxınlıqda da tapmaq mümkün olmadı. Onun hadisə yerindən uzaqlaşdığı güman edilir.

Sizin Reklam Yeriniz