Əlaqə Arxiv
news Image
2013.10.04
16:50
| A A A
Bu gün seçki məntəqələrində hazırlıq tam başa çatır

Xüsusi cəzaçəkmə müəssisələri, hərbi hissələr, xəstəxanalarda son hazırlıq işləri görülür

Azərbaycan  Azərbaycanda prezident seçkilərinə 5 gün qalıb. Seçki günü yaxınlaşdıqca namizədlərin öz platformalarını təqdim etmələri üçün ayrılan vaxt da məhdudlaşır. Seçki günü prossesə rəhbərlik edəcək Mərkəzi Seçki Komissiyası isə hesab edir ki, 2013-cü il prezident seçkisini keçirmək üçün namizədlərə bütün şərait yaradılıb. Seçki məntəqələrində hazırlıq bu gün tam başa çatacaq.


Xüsusi şəraitli mənqətələr, yəni cəzaçəkmə müəssisələri, hərbi hissələr, xəstəxanalar, o cümlədən, üzən gəmilərdə seçki məntəqələrində son hazırlıq işləri görülür. Daimi seçki məntəqələrində isə işlər artıq yekunlaşıb. 


125 dairənin hər biri yeni kompüter dəsti və proqramla təmin olunmaqla tam kompüterləşdirilib. Seçki günündə seçicilərin iştirak faizi və digər vacib məlumatlar bu kompüterlər vasitəsilə birbaşa mərkəzə göndəriləcək. Bu seçkilərdə məntəqələrin yalnız 20 faizi, 119 seçki dairəsində veb kameralar quraşdırılıb. Kameralar seçki günündə səsvermə prosesinin onlayn izlənməsini təmin edəcək. 


Səyyar səs vermək istəyən seçicilər isə oktyabrın 8-nə qədər qeydiyyatlarına uyğun olaraq seçki məntəqələrinə bu haqda xəbər verməlidirlər. Seçki günündə qatarla yol gedən vətəndaşlarımız isə səsvermə hüqundan istifadə edə bilməyəcəklər. Mərkəzi seçki komissiyasından verilən məlumata görə, Azərbaycandan kənarda olan vətəndaşlar yalnız xarici ölkədə yerləşən ölkəmizin konsulluq və səfirliklərdə yaradılan seçki məntəqələrində səs verə bilərlər. Xarici İşlər Nazirliyinin vasitəsilə şəffaf seçki qutuları və bülletenlər artıq xarici ölkələrə göndərilib. 


Sizin Reklam Yeriniz