Əlaqə Arxiv
news Image
2013.10.04
16:54
| A A A
BDU Türkiyənin 3 universiteti ilə müqavilə imzalayıb

Universitetlər arasında birgə proqram və layihələrin işlənilməsini nəzərdə tutulur

Təhsil  Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyədən gələn nümayəndə heyətini qəbul edib. BDU-nun mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, nümayəndə heyətinə Sinop Universitetinin rektoru, professor Recep Bircan, Canık Başarı Universitetinin rektoru, professor Yunus Bekdemir, Kastamonu Universitetinin rektoru Seyit Aydın daxil idi. 


Qonaqlara BDU haqqında məlumat verən rektor Abel Məhərrəmov universitetin üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən, bu qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə qrant və proqramlardan danışıb. Qonaqlar öz növbəsində başçılıq etdiyi universitetlər haqqında məlumat verib, əməkdaşlıq perspektivlərinə toxunublar. Məlum olub ki, 6 fakültəsi olan Sinop Universitetinin əsası 2007-ci ildə Sinop bölgəsində qoyulub. Canık Başarı Universiteti isə 2010-cu ildə Başarı Təhsil və Mədəniyyət Vakfı və Tanrıverdi Vakfı tərəfindən yaradılmışdır. 8 fakültəsi olan Kastamonu universiteti 2006 –cı ildə yaradılıb. Universitet nəzdində 2 institutu, 4 məktəbi, 2 idman zalı, 6 laboratoriya fəaliyyət göstərir. ABŞ, Argentina, Portuqaliya, Qırğızıstan, Qazaxstan, İndoneziya və Malayziya universitetləri ilə ikitərəfli müqavilələri var. 


Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və BDU ilə ayrı-ayrılıqda Türkiyə universitetləri ilə əlaqələrin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr üzərində işlənilməsini nəzərdə tutan əməkdaşlıq müqavilələri imzalanıb. Çıxış edən rektorlar müqavilənin işlək olacağına və əməkdaşlığın səmərə verəcəyinə inandıqlarını bildiriblər. Sonda qonaqlar Heydər Əliyev muzeyi, tədris, elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış olublar.


Sizin Reklam Yeriniz