Əlaqə Arxiv
news Image
2013.10.04
19:19
| A A A
Səbail rayonunda Beynəlxalq Müəllim günü qeyd olunmuşdur

Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Müəllim günü münasibəti ilə rayonun rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə ənənəvi toplantı keçirilmişdir.

Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermiş və qeyd etmişdir ki, ölkə başçısının sərəncamı ilə son 3 ildə Beynəlxalq Müəllim günü ərəfəsində rayonun orta təhsil müəssisələrinin müəllimlərindən 7 nəfər "Tərəqqi" medalına layiq görülmüş, 6 nəfərə "Əməkdar müəllim" adı verilmişdir.

Bildirilmişdir ki, yay aylarında "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planına əsasən 7 saylı və 163 saylı orta məktəblərin binaları, 190 saylı orta məktəbin akt və idman zalı əsaslı təmir olunmuşdur. Məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunmuşlar. Həmçinin Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalı və 3 otağının tikintisi başa çatdırılmışdır.

20-ci yaşayış sahəsində yerləşən "Turac" uşaq bağçasında möhkəmləndirmə işləri aparılmış, hazırda əsaslı təmir davam etdirilir.

Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və sentyabrın 26-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə burada açılış mərasimi keçirilmişdir.

Qeyd olunmuşdur ki, məktəblərdə aparılan təmir və yenidənqurma işləri, burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, məktəblərin bütün lazımi avadanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə birbaşa şərait yaradır. Bunun nəticəsi də təhsil ilinin yekunlarında özünü biruzə verir.

Səbail rayonunun 6 saylı orta məktəbi və 160 saylı Klassik Gimnaziya artıq ikinci dəfə "2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin, rayonun 6 nəfər müəllimi isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasinda olmuşlar. 2012-2013-cü təhsil ilinin yekununa görə 19 məzun qızıl medala layiq görülmüşdür. Keçən tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirmiş, onlardan 927 nəfəri tələbə adını qazanmışdır.

Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmiş, əmin etmişlər ki, qarşıdan gələn Prezident seçkilərində Səbail təhsil işçiləri yekdilliklə İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.
Sizin Reklam Yeriniz