Ekoloqlardan hava xəbərdarlığı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-12°, gündüz 13-16°, Bakıda gecə 10-12°, gündüz
14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə
sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət
gecə 85-95 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 3-8°,
gündüz 15-20° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi,
Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən və Gədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi
yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturunun gecə
1-5°, gündüz 5-9° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı
gözlənilir. Havanın temperaturunun gecə 7-12°, gündüz 13-18° isti
olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı
gözlənilir. Temperaturun gecə 4-9°, gündüz 11-16° isti, yüksək
dağlıq ərazilərdə gecə 3°-dək şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı
gözlənilir. Havanın temperaturunun gecə 9-13°, gündüz 15-19° isti
olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv
olacağı gözlənilir. Havanın temperaturunun gecə 9-13°, gündüz
15-18° isti, dağlarda gecə 4-9°, gündüz 10-14° isti olacağı
gözlənilir.