Əlaqə Arxiv
news Image
2013.10.07
19:53
| A A A
Kerri və Lavrovdan Əsədə tərif

Movqe.Az xəbər verir ki, ABŞ xarici işlər naziri Con Kerri, ABŞ və Rusiyanın Suriyadakı kimyəvi silahların məhviylə bağlı müddətdəki tərəqqidən çox məmnun olduğunu söyləyib. Əsədin "tamamilə əməkdaşlıq" içində olduğunu söyləyən Lavrov, "Müxalifət də bənzər bir uyğunlaşma göstərməlidir" deyib. Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) zirvəsi səbəbindən İndoneziyanın Bali şəhərində olan ABŞ xarici işlər naziri Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov, burada etdikləri görüşdən sonra birgə mətbuat konfransı keçirib. 

"Açıq demək lazım olsa kimyəvi silahlarla əlaqədar inkişafların gedişindən çox məmnunuq" deyən Kerri, Suriyadakı kimyəvi silahların məhv planının qlobal səviyyədəki əməkdaşlığın gözəl bir nümunəsi olduğunu söyləyib.

Əsəd rejiminin, "onlardan gözlənildiyi kimi, müddətli uyğunlaşma təmin etdiyini" deyən Kerri, bunun yaxşı bir başlanğıc olduğunu və eyni şəkildə davam edəcəyinə ümid etdiklərini bildirib.

Sizin Reklam Yeriniz