Əlaqə Arxiv
news Image
2013.10.08
13:13
| A A A
Sabirabadda 21 yaşlı gənc öz yerlisini öldürüb

Sabirabad rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gecə Sabirabad rayonunun Cəngən kəndində qeydə alınıb. Həmin kəndin sakinləri arasında yaranmış münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib. Sabirabad rayon sakini, 21 yaşlı Mirzəyev Təbriz Abusət oğlu həmkəndlisi, 1985-ci il təvəllüdlü Məmmədov Vasif  Akif oğlu bıçaqla yaralayıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi açıb, araşdırma aparılır. 

Sizin Reklam Yeriniz