Əlaqə Arxiv
news Image
2013.10.08
13:32
| A A A
Sabahdan havanın temperaturu yüksələcək

Azərbaycanda sabah mülayim, əlverişli, nisbətən sabit hava şəraiti müşahidə ediləcək. Bu barədə Movqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəsmi saytına istinadən məlumat verir.


Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Zəif və mülayim külək əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə yüksələcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturunun səhər saatlarında 12-15 dərəcə isti, gündüz 15-19 dərəcə isti, axşam yenidən 12-15 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın əksər rayonlarında oktyabrın 9-da hava əsasən yağmursuz olacaq. Bəzi şərq rayonlarında səhər saatlarında duman, Lənkəran-Astara bölgəsində isə az yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gündüz 15-20, gecə 12-17 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz