Əlaqə Arxiv
news Image
2013.10.08
13:35
| A A A
Qazaxda qadın maşının altında qalaraq öldü

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qazax rayonu Daş Salahlı kənd sakini Bəsti Nəsibova ölüb.

Movqe.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 7-də saat 08.00 radələrində Qazax rayonu Daş Salahlı kənd sakini Elçin Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla yolu keçən həmkəndlisi Bəsti Nəsibovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada Bəsti Nəsibova orada ölüb.

Faktla əlaqədar Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz