Əlaqə Arxiv
news Image
2013.10.08
17:19
| A A A
Azərbaycanlı mühəndislər Avropanın böyük mühəndislər şəbəkəsi ilə birbaşa əlaqə yarada biləcək

Gənc mühəndislər birliyi olan CES (Caspian Engineers Society) böyük uğura imza atıb.

Gün.az xəbər verir ki, təşkilat Avropanın ən böyük mühəndislər birliyi olan FEANİ-yə (Federation of  European National Engineering Associations) rəsmi olaraq üzv seçilib.


Belə ki, FEANİ İdarə Heyətinin builki iclasına CES də dəvət alıb. Makedoniyanın Skopye şəhərində keçirilən iclasda CES həmtəsisçisi Rüfət Əzizov və baş katibi Həsən Abbasov iştirak edərək Azərbaycan, ölkəmizdə sənayenin və mühəndisliyin inkişafı və CES haqqında təqdimatlarını ediblər.


Daha sonra səsvermə nəticəsində CES yekdilliklə FEANİ-yə rəsmi şəkildə üzv olmaq hüququnu əldə edib.


Qeyd edək ki, FEANİ 32 Avropa ölkəsinin milli mühəndislik assosiasiyalarını birləşdirən professional mühəndislər federasiyasıdır. Belə ki, FEANI Avropada 3,5 milyondan artıq professional mühəndislərin maraqlarını təmsil edir.


İngiltərə, Almaniya, Danimarka, Polşa, Kipr, Belçika, Fransa, Yunanıstan, İrlandiya, Macarıstan, İslandiya, İtaliya, Malta, İspaniya, İsveç, Portuqaliya, İsveçrə və s. ölkələr FEANİ-nin daimi üzvlərindəndir.


FEANİ-yə üzv olmaq isə CES-ə Azərbaycan mühəndislərinin Avropanın böyük mühəndislər şəbəkəsi ilə birbaşa əlaqə yaratmağı qazandıracaq. Həmçinin, təşkilat Avropada mühəndislərlə bağlı məsələlərdə Avropa parlamentində və digər qurumlarda lobbiçilik aparma şansı əldə edəcək.


Qeyd edək ki, CES-in əldə etdiyi imkanlardan Azərbaycanda fəaliyyət göstərən təşkilatlar və şirkətlər də müxtəlif layihələr çərçivəsində istifadə edə biləcəklər.


Sizin Reklam Yeriniz