Əlaqə Arxiv
news Image
2013.10.08
18:23
| A A A
Elşad Abdullayevin prokurorluqda çalışan qardaşının apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevin apellyasiya şikayətinə baxılıb.


APA-nın məlumatına görə, Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Həmin proses zamanı Elsevər Abdullayevin Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində qəbul etdiyi xüsusi qərardadla bağlı apellyasiya şikayətinə də baxılıb. Onun nümayəndəsi qərardadın ləğv edilməsini məhkəmədən xahiş edib. Həmin məsələyə münasibət bildirən dövlət ittihamçısı isə bu məsələ ilə bağlı apellyasiya şikayətinin verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını xatırladıb və şikayətin rədd olunmasını xahiş edib. Məhkəmə E. Abdullayevin şikayətini rədd edib.


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arzu Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Elsevər Abdullayevin barəsində isə xüsusi qərardad çıxarıb. Belə ki, onun əməllərinin araşdırılıb, qiymət verilməsi üçün məhkəmə qərardadın Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib. Lakin A. Kazımov barəsində olan hökm hələlik qanuni qüvvəyə minmədiyindən qərardadla bağlı hissə icra olunmayıb.

 

Onu da qeyd edək ki, Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır.

 

Sizin Reklam Yeriniz