Əlaqə Arxiv
news Image
2013.10.08
18:37
| A A A
Talibana yönəlmiş əməliyyatlar davam edir

Movqe.Az xəbər verir ki, Əfqanıstanda son 24 saatda Talibana qarşı təşkil edilən əməliyyatlarda 21 militant öldürülüb, 5-i yaralanıb. Daxili İşlər Nazirliyi, əməliyyatların Kunar, Kunduz, Badahşan, Jevzjan, Qəndəhar, Uruzgan, Vardan və Helmand şəhərlərində təşkil edildiyini, 10 militantın tutulduğunu açıqlayıb. Əməliyyatlarda çox sayda silahın ələ keçirildiyi bildirilib. Taliban isə internet vasitəsilə etdiyi şərhdə, Daxili İşlər Nazirliyi tərəfindən nümayiş olunan sayın səhv olduğunu iddia edib. Digər tərəfdən, Müdafiə Nazirliyi e-poçt vasitəsilə etdiyi şərhdə, ölkənin Badgis, Qəznə, Nangarhar və Herat şəhərlərində təşkil edilən bombalı hücumlarda 1 Əfqan əsgərinin öldüyünü və 5 əsgərin yaralandığını bildirib.

Sizin Reklam Yeriniz