Əlaqə Arxiv
news Image
2013.10.08
21:27
| A A A
APEC zirvəsində gündəm iqtisadi inkişafdır

Movqe.Az xəbər verir ki, İndoneziyanın ev sahibliyi etdiyi Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq zirvəsi üçün bir araya gələn 21 ölkə, qlobal iqtisadi böhranla yanaşı Suriya problemini də müzakirə edib. Zirvəyə qatılan Rusiya Dövlət Başçısı Vladimir Putin, Suriyanın kimyəvi silahlarının məhv edilmə prosesinin sülh üçün yeni bir ümid doğurduğunu bildirib. Putin həmçinin İndoneziyanın Cenevrə-2 iclaslarına dəvət edilməsini təklif edib:

"Bu günki planlarımızdan biri yalnız kimyəvi silahların yox edilməsi deyil, eyni zamanda döyüşən tərəflər arasında Cenevrədə təyin olunan qaydalar çərçivəsində müzakirələri yenidən başlamaqdır."

Digər tərəfdən, yığıncaqların ardınca yayımlanan yazılı bir şərhdə, qlobal ölçüdə iqtisadi böyümənin çox zəif olduğuna diqqət çəkilərək, böhranın aşıla bilməsi üçün ehtiyatlı və məsul makro iqtisadi siyasətlərə ehtiyac duyulduğu qeyd edilib.


Sizin Reklam Yeriniz