Əlaqə Arxiv
news Image
2013.10.09
13:02
| A A A
Kəmaləddin Heydərov səs verdi
Movqe.az xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 17 saylı Yasamal üçüncü seçki dairəsi, 1 saylı məntəqədə səs verib.


Xatırladaq ki, bu gün ölkədə Prezident seçkiləri günüdür. Bununla bağlı dövlət rəsmiləri qeydiyyatda olduqları müvafiq seçki dairələrində səs verirlər.


Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Sizin Reklam Yeriniz