Əlaqə Arxiv
news Image
2013.10.09
14:24
| A A A
Prezidentliyə namizəd İqbal Ağazadə səs verib

Prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə səsvermə prosesində iştirak edib.


APA-nın əməkdaşının verdiyi məlumata görə, İqbal Ağazadə 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının 7 saylı məntəqəsində səs verib. İ. Ağazadə məntəqəyə vəkilləri və partiya üzvləri ilə birgə gəlib.

 

Seçki prosesini izlədiyini deyən prezidentliyə namizəd, hələlik prosesə qiymət verməyin tez olduğunu bildirib: "Günün sonunda proseslə bağlı məlumatlar yayacağıq".

 

Sizin Reklam Yeriniz