Əlaqə Arxiv
news Image
2013.10.09
16:47
| A A A
Məzahir Pənahov: “Sosial şəbəkələrin imkanlarından istifadə edib, ölkəyə ziyan vurmaq əxlaqsızlıqdır”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.


Movqe.az-ın məlumatına görə, M. Pənahov bildirib ki, ümumi dinamika səsvermənin aktiv keçdiyini deməyə əsas verir. O qeyd edib ki, beynəlxalq müşahidəçilər seçkinin vətəndaş fəallığı şəraitində keçdiyi haqda açıqlama verirlər: "Ümumi rəy çox yüksəkdir. Narahat idik ki, məntəqələrdə təxribat xarakterli hallar ola bilər, müxtəlif üsullardan istifadə etməklə səsvermənin gedişinə maneə yaratmaq istəyərlər. Ağlı başında olan insan öz ölkəsinə xidmət edər. Bu cür insanların siyasi iddiasını başa düşə bilmirəm. Azərbaycan müstəqil ölkədir və xalqın rəyinin ortaya qoyulması istiqamətində iş aparılırsa, normal insan prosesin qanun şəklində getməsinin tərəfdarı olmalıdır".

M. Pənahov deyib ki, hər hansı təxribat xarakterli məlumatların yayılması seçki prosesinə xələl gətirə bilməz: "Sosial şəbəkələrin imkanlarından istifadə edib, ölkəyə ziyan vurmaq - təxribat etmək əxlaqsızlıqdır. Bu cür hallar işimizə kölgə sala bilməz. Kimsə bilərəkdən və ya bilməyərəkdən təxribat xarakterli addımlar atırsa, ona xəbərdarlıq edilməlidir. Ümumiyyətlə isə günahkar cəzasını çəkməlidir".

MSKsədri bildirib ki, "exit-poll"un sorğusu səsvermənin gedişində açıqlana bilməz: "Bəzi exit-poll keçirən qurumlar öz nəticələrini açıqlayıblar. Yalnız məntəqələrin nəticələri açıqlandıqdan sonra "exit-poll"un nəticələri ictimailəşdirilə bilər. Bunun kim tərəfindən edildiyi araşdırılacaq. Komissiya üzvləri buna reaksiya bildirilməsini təklif etdilər. Lakin hesab edirik ki, hələ lazım deyil. Fikrimcə, bunun arxasında pis niyyət var".

Sizin Reklam Yeriniz