Əlaqə Arxiv
news Image
2013.10.09
16:48
| A A A
MSK sədri: “Bəzi seçki məntəqəsində Seçki Məcəlləsinin müddəalarının ciddi pozulması faktı baş verib”
“Bu cür hərəkətlər təxribat xarakterli ola bilər”

"Bəzi seçki məntəqəsində Seçki Məcəlləsinin müddəalarının ciddi pozulması halları baş verib".


APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Seçkilər" İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.

MSKsədri bildirib ki, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 29 saylı məntəqəsində birnəfər bayırda dayanaraq, seçicilərin məntəqəyə daxil olmasının qarşısını alıb: "Baş verən bu hal aktlaşdırılıb. Həmin şəxsin kimliyi müəyyənləşdirilib. Bu şəxs "Azadlıq" qəzetinin əməkdaşı Əliyev Xəqanidir. Ağdaşda isə bir nəfər özünü KİV nümayəndəsi kimi təqdim edib. Sonra sənədin saxta olduğu məlum olub".

MSKsədri seçki bülleteninin qaçırıldığı haqda məlumatın olduğunu da qeyd edib: "Cəlilabad rayonunda bir nəfər 10 bülleteni götürüb qaçıb. Hadisə aktlaşdırılıb və həmin adam axtarışa verilib. Zərdabda seçki məntəqəsində qanunsuz çəkiliş aparan şəxs isə narahatlıq yaradıb. Xətai rayonunda bir qadın bülleteni götürüb, qaytarmır. Bütün bunlar seçki prosesinə müdaxilədir və məqsəd prosesi pozmaqdır. Bu cür hərəkətlər təxribat xarakterli ola bilər".

Sizin Reklam Yeriniz