Əlaqə Arxiv
news Image
2013.10.09
17:29
| A A A
Tehranda seçicilərin 50 faizindən çoxu seçkilərdə iştirak edib

Tehranda 16 saylı Yasamal 3-cü seçki dairəsinin 34 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir. Konsulluqda qeydiyyatında olan 250 nəfərdən 231-i məntəqə seçki komissiyasının seçici siyahısına daxil edilib. Bunu 34 nömrəli məntəqə seçki komissiyasının sədri Sabir Şahtaxtı telefonla Trend-ə bildirib.


S.Şahtaxtının sözlərinə görə, Tehran vaxtı ilə saat 14:00-a qədər seçicilərdən artıq 130 nəfəri səsvermədə iştirak edib.


Onun sözlərinə görə, Tehrandakı diplomatik korpusda seçicilərin əsas hissəsi Məşhəd, Qum və Qəzvin şəhərlərində təhsil alan azərbaycanlı tələbələr, diplomatik korpusun nümaynədələri və onların ailə üzvləridir.


Şahtaxtı bildirib: "Artıq Qum şəhərində təhsil alan tələbələrin böyük hissəsi xüsusi nəqliyyat vasitəsi ilə seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib".


S.Şahtaxtı bildirib ki, ümumi səsvermədə şəffaflığın qorunması üçün Mərkəzi Seçki Komissiyasının bütün tələblərinə riayət olunur.


O, Tehranda səsvermənin yerli vaxtla saat 8:00 -da başladığını və təlimata müvafiq olaraq, yerli vaxtla saat 19:00-da başa çatacağını bildirib.

Sizin Reklam Yeriniz