Əlaqə Arxiv
news Image
2013.10.09
18:52
| A A A
MSK: "Saat 17.00-a olan məlumata görə, seçicilərin 3 439 629 nəfəri səsvermədə iştirak edib"

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı saat 17.00-a olan nəticələri açıqlayıb. Movqe.az-ın məlumatına görə, MSK sədri Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17.00-a olan məlumata görə, seçicilərin 3 439 629 nəfəri səsvermədə iştirak edib. Ölkə üzrə ümumi seçici fəallığı isə 66,85 faiz təşkil edib.  Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.  Ən yüksək aktivlik dərəcəsi 77 faizlə 14 saylı Xəzər Seçki Dairəsində, ən passivi isə 51,6 faizlə 17 saylı Yasamal III Seçki Dairəsində qeydə alınıb.  Xarici ölkələrdəki səfirlik və nümayəndəliklərdə fəaliyyət göstərən 38 seçki məntəqələrindən 31-dən artıq məlumat daxil olub. O, 115 saylı "Qaynar xətt"ə 124 müraciətin daxil olduğunu deyib.

Sizin Reklam Yeriniz