Əlaqə Arxiv
news Image
2013.10.09
22:52
| A A A
Əli Əhmədov: “İlham Əliyev xalqın dəstəyi ilə növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək”

YAP-ın qərargahında prezident seçkilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir.

O qeyd edib ki, ilkin məlumatlara əsasən, YAP lideri İlham Əliyev növbəti dəfə qələbə çalıb: "Xalqın dəstəyi sayəsində İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək. Keçirilən "exit poll"arın nəticələrinə əsasən də, İlham Əliyev seçicilərin 83%-dən çoxunun səsini qazanıb. Ümid edirik ki, yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası da nəticələri gecikdirməyib elan edəcək".

Ə. Əhmədov onu da qeyd edib ki, ilkin məlumatlara görə, seçkilərdə seçicilərin 70%-dən çoxu iştirak edib.

Sizin Reklam Yeriniz