Əli Əhmədov: "İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək"
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu
gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı
keçirilib. Movqe.az xəbər verir ki, YAP sədrinin müavini,
icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan
səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab
edilir. O qeyd edib ki, ilkin məlumatlara əsasən, YAP lideri İlham
Əliyev növbəti dəfə qələbə çalıb: "Xalqın dəstəyi sayəsində İlham
Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək. Keçirilən
"exit poll"arın nəticələrinə əsasən də, İlham Əliyev seçicilərin
83%-dən çoxunun səsini qazanıb. Ümid edirik ki, yaxın vaxtlarda
Mərkəzi Seçki Komissiyası da nəticələri gecikdirməyib elan
edəcək".
Ə. Əhmədov onu da qeyd edib ki, ilkin məlumatlara görə, seçkilərdə seçicilərin 70%-dən çoxu iştirak edib.
Ə. Əhmədov onu da qeyd edib ki, ilkin məlumatlara görə, seçkilərdə seçicilərin 70%-dən çoxu iştirak edib.