Əlaqə Arxiv
news Image
2013.10.10
15:44
| A A A
Milli Məclisdə büdcənin müzakirəsindən sonra qalmaqallı qanun layihəsi gündəliyə salınıb
Musa Quliyev: "“Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsini payız sessiyasında büdcənin müzakirəsindən sonra gündəliyə salmağı planlaşdırırıq"

"Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılaraq qəbul edilə bilər. Milli Məclisin Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyib. M. Quliyev bildirib ki, uzun müddətdir, müzakirəsi ləngiyən "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınsada, dindarlarla konfliktə girməmək üçün donor və surroqat ana məsələləri qanun layihəsindən çıxarılıb: "Hələki donora ehtiyacı olan ların sayı Azərbaycanda elə də çox deyil. Surroqat yolla ana olanlar isə imkanlı şəxslərdir ki, onlar da bu istəklərini xaricdə gedib reallaşdıra bilərlər. Bu məsələlər çıxılmaqla biz qanun layihəsini payız sessiyasında büdcənin müzakirəsindən sonra gündəliyə salmağı planlaşdırırıq".

Sizin Reklam Yeriniz