Əlaqə Arxiv
news Image
2013.10.10
17:35
| A A A
Tokio olimpiadaları bir də keçirilməyəcək?

Movqe.Az xəbər verir ki, Yaponiyada 2011-ci ildəki 9 bal böyüklüyündəki zəlzələdən sonra yaranan sunami fəlakəti nəticəsində ağır ziyan görən Fukuşima Nüvə Stansiyasında da bu səhər bir qəza daha meydana gəlib, nüvə texnologiyası mütəxəssisi tarixçi Robert Ceykobs, Fukuşimadakı radiasiya sızıntılarının 2020-ci ilə qədər dayandırılmasının gözlənmədiyini və Tokio 2020-in əsla keçirilməməsinin gözlənmədiyini bildirib. Rusiyanın İngiliscə yayımlanan televiziya kanalı RT-in internet saytında verilən reportajında ​​Ceykobs "Ümid edirəm Olimpiadalar bu vəziyyətdən təsirlənməz, lakin radioaktiv sızıntının o tarixdə də davam edəcəyinə şübhə yoxdur" deyib. Xirosima Sülh Universitetinin tarix hissəsində dosentlik vəzifəsini davam etdirən Ceykob , "Bütün bunlar 2020 Tokyo Olimpiadalarına necə təsir edir? " sualına belə cavab verib:

"Bu vəziyyətin Tokio Olimpiadaları üzərində dağıdıcı təsirləri ola bilər. Elə indi Yaponiyanın şimalında belə hələ uşaqların sidiyində sezyum var. Bu da insanların hələ də radiasiyaya məruz qaldığına işarə edir. Bu səbəbdən iki yarım il keçib, ancaq radiasiya hələ nəzarət altına alınmayıb. Vəziyyətin 2020-ci ilə qədər nəzarət altına alınacağının da heç bir zəmanəti yoxdur. Həmçinin , bu vaxt daha böyük bir fəlakət də yaşana bilər. Ya yenə böyük bir zəlzələ olsa? Ya böyük bir qasırğa olsa?  Fukuşimanın 4 nömrəli reaktorunda çox sayda istifadə olunan yanacaq çubuğu ehtiyatı var və bu deponun bu an yıxılmaq üzrə olduğunu da xatırladan Ceykob , Əgər bina yıxılsa yanacaq ortalığa saçılar. Bu da 2020 Tokyo Olimpiadalarının keçirilməsini qeyri-mümkün hala gətirər , Yaponiyanın şimalında və Tokioda çox ciddi sağlamlıq problemlərinə səbəb olar "deyə bildirib.


Sizin Reklam Yeriniz