Əlaqə Arxiv
news Image
2013.10.10
23:55
| A A A
Baş Nazir xilas edildi

Movqe.Az xəbər verir ki, Liviya hökumət spikeri Kaber ,'' Baş nazir Əli Zeydanı qaçıraraq gizlədənlərin əlindən xilas edilib'' deyib. Liviya hökumət nümayəndəsi Yəhya Məhəmməd Kaber , Baş nazir Əli Zeydanın xilas edildiyini və sağlamlıq vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Liviya rəsmi xəbər agentliyi "Lana"nın xəbərinə görə Kaber , silahlı şəxslər tərəfindən bir neçə saat oğurlanan Zeydanı qaçıranların sərbəst buraxıldığını yalanlayaraq, "Baş nazir Əli Zeydan xilas edilib və sağlamlıq vəziyyəti yaxşdırı " deyib. Xilasetmə əməliyyatının detalları haqqında daha sonra şərh verəcəyini söyləyən Kaber , Zeydanın xilas edilməsi əsnasında silahlı şəxslərə qarşı güc istifadə edilib-edilməməsi haqda hec nə deməyib. Liviya hökuməti qaynaqları, Baş nazir Zeydanın Milli Ümumi Konqres Başçısı Nuri Əbu Sehmenin vasitəsilə sərbəst buraxıldığını iddia edib. Əbu Sehmen , Zeydanı ziyarət etdiyini və əhvalının yüksək olduğunu bildirib.

Sizin Reklam Yeriniz