Əlaqə Arxiv
news Image
2013.10.11
11:23
| A A A
Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bütün cəbhə boyu atəşə tutublar

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutub.


Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz