Əlaqə Arxiv
news Image
2013.10.14
15:57
| A A A
Hindistanda qəza: 89 nəfər həlak olub

Movqe.Az xəbər verir ki, Hindistanda bir Hindu məbədinin yaxınlığındakı körpüdə yaşanan izdihamda ən az 89 nhəfərin öldüyü açıqlanıb. Hindistan polisi, ölkənin mərkəz bölgəsindəki Madhya Pradeş əyalətinin Datya bölgəsindəki Ratangarh məbədinin yaxınlığında yaşanan izdihamda 89 nəfərin həlak olduğunu bildirib. AFP-ə danışan yerli polis rəsmisi, həlak olanların 17-in uşaq, 31-in isə qadın olduğunu bildirərək, "Ölü sayı arta bilər. 100-dən çox da yaralı var" deyib. Digər polis qaynaqları, izdiham əsnasında körpüdə təxminən 20 min nəfər olduğunu bildirib. Yerli media, Ratangarh məbədinin , dini festivallarda 500 min Hindli tərəfindən ziyarət edildiyini söyləyib. Hindistanın Kerala əyalətinin cənubunda, 2011-ci ildə dini bir festivalda yaşanan izdihamda 100-dən çox insan həlak olmuşdu. 


Sizin Reklam Yeriniz