Əlaqə Arxiv
news Image
2013.10.14
16:57
| A A A
Ərafat zəhərlənərək öldürüldü ?

Movqe.Az xəbər verir ki, Fələstinin keçmiş lideri Yasər Ərafatın zəhərlənərək öldürüldüyü iddia edilib. Ərafatın radioaktiv "polonium 210" ilə zəhərləndiyi deyilib. İngiltərədə nümayiş olunan tibb jurnalı "Lancet" Fələstinin mərhum Prezidenti Yasər Ərafatın zəhərlənərək öldürüldüyünü yazıb. İngilis tibb jurnalı "Lancet" ötən il İsveçrəli elm adamlarının Ərafatın ölmüylə əlaqədar etdiyi araşdırmanın bənzərini nümayiş edib. Buna görə Ərafat radioaktiv "polonium 210" ilə zəhərlənib. İsveçrəli elm adamları Fələstin lideri Ərəfatın qanında və geyimlərində yüksək dərəcəli radioaktiv ünsür tapmışdı. Lozanna Universitetindəki mütəxəssislər Ərafatın poloniumla zəhərlənmiş ola biləcəyinə dair dəlilə malik olduqlarını da açıqlamışdı. Fələstinin Ramallah şəhərində xəstələndikdən sonra Fransanın paytaxtı Parisdə hərbi bir xəstəxanaya qaldırılan Yasər Ərafat 2004-cü ildə dünyasını dəyişmişdi.

Sizin Reklam Yeriniz