Əlaqə Arxiv
news Image
2013.10.14
18:05
| A A A
190 nəfər tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb

Səhiyyə Nazirliyi tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı hallarla mübarizə sahəsində də müvafiq tədbirlər  aparılır. Nazirlikdən Movqe.az-a verilən xəbərə görə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-qaynar xətt" və Səhiyyə Nazirliyinin "Qaynar xətt" əlaqə mərkəzlərinə, o cümlədən ümumi poçt vasitəsilə vətəndaşlardan neqativ hallar barədə daxil olan 885 məlumat üzrə araşdırma aparılıb. Araşdırma zamanı aşkar olunmuş pozuntu halları üzrə 190 nəfər tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb.  Məlumatlar üzrə 4 cinayət xarakterli pozuntu halları aşkar edilərək hüquqi qiymət verilməsi üçün toplanmış materiallar AR Baş Prokurorluğuna göndərilib

Sizin Reklam Yeriniz