Əlaqə Arxiv
news Image
2013.10.15
08:00
| A A A
Bu gün Azərbaycan xalqı Qurban bayramını qeyd edir

Dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edirlər.


Movqe.az-ın məlumatına görə, İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.


Dini qurban kəsmə İbrahim peyğəmbərin adı ilə bağlı mərasimdir. Qurani-Kərimə görə, oğlu İsmayılı Allah yolunda qurban kəsməyə hazır olan İbrahim peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir və Allah-təala İbrahim peyğəmbərə oğlu İsmayılın əvəzində qurban kəsmək üçün bir cüt qoç göndərir. Bu səbəbdən bütün dünya müsəlmanları hər il İbrahim peyğəmbərin və oğlu İsmayılın xatirinə qurban kəsirlər.


Həcc mərasiminin son gününə təsadüf edən Qurban bayramı Ramazan ayının qurtarmasından 70 gün sonra - zilhiccə ayının 10-da qeyd edilir və adətən 4 gün davam edir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır. 


Müqəddəs bayram münasibətilə paytaxt Bakıda və Azərbaycanın bütün bölgələrində də qurbanlar kəsilir. Bayramla əlaqədar oktyabrın 15-i və 16-sı ölkədə qeyri-iş günü elan edilib.


Azərbaycan prezidenti İlham Əliyev və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 


Sizin Reklam Yeriniz