Əlaqə Arxiv
news Image
2013.10.16
13:54
| A A A
Bu ölkələrdə bayramda da qan kəsmədi

Movqe.Az xəbər verir ki, müsəlmanların sıx olaraq yaşadığı dörd ölkədə Qurban Bayramında da qan dayanmayıb.

İRAQ: Kərkükün Əl Dubbat Məhəlləsindəki Qüds Məscidi qarşısında , Qurban Bayramı namazı əsnasında meydana gələn partlayışda 11 İraqlı ölüb, 22-si yaralanıb. DHA həyatını itirənlərin Türkmən olduğunu bildirib.

Əfqanıstan : Logar vilayətində bayram namazından sonra təbrik nitqi üçün mehraba gələn Vali Arsalan Camal, mikrofona yerləşdirilən bombanın partlamasıyla can verib. Daha əvvəl təşkil edilən sui-qəsd cəhdlərindən yara almadan xilas olan Camal , prezident Hamid Karzaiyə yaxın bir ad idi. Hücumda 5-i ağır, ən az 15 nəfər də yaralanıb.

Myanma : ifrat tərəfdarı Budistlərin müsəlman azlıqlara yönəlmiş hücumları davam etdirdiyi Myanmarda lüks bir oteldə , bir restoranda, bir Buddist məbədində , bir avtobus dayanacağında və bir avtomobilin altında bombalar partlayıb. Əl istehsalı sadə bombalar can itkisinə səbəb olmasa da , ABŞ-lı bir turist də daxil olmaqla çox sayda yaralı var. Demokratik islahatların mövcud olduğu ölkədəki etnik və dini gərginliyin terrora çevrilib-çevrilmədiyi sorğulanır.


Əsəd bayram namazında


Daxili müharibənin davam etdiyi Suriyanın şimalında da bayram atəşkəsi yox idi. Esselema Sərhəd darvazasına yaxın bölgədə çıxan qarşıdurmada, güllələrdən biri Kilisdəki konteyner şəhərdə yaşayan körpəyə dəyib. 1 yaşındakı Betül Venet , Kilis Dövlət Xəstəxanasında müalicə altına alınıb. Paytaxt Şam yaxınlarındakı Muademiyedə on minlərlə insanın Suriya ordusunun davam etdiyi mühasirəsi səbəbiylə ac qaldığı və qəsəbəni tərk etdiyi bildirilib. Dövlət Başçısı Bəşər Əsəd isə dünən bayram namazını Seyyidə Hasibə məscidində qıldıqdan sonra camaatla bayramlaşıb.


Sizin Reklam Yeriniz