Əlaqə Arxiv
news Image
2013.10.17
11:05
| A A A
Abbas Abbasov: “Azərbaycanlılardan xahiş edirik, özlərini təmkinli aparsınlar ”

"Mən bütün regionlara zəng vurmuşam. Azərbaycanlılardan xahiş edirik, özlərini təmkinli aparsınlar və restoranlara getməsinlər".

 

APA-nın verdiyi məlumata görə, bu fikirləri "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov "Dojd" telekanalına müsahibəsində deyib.

 

"Baş verənlər çox təssüf doğurur. Rusiyada yaşayan azərbaycanlılar baş verən hadisələrdən çox təəssüflənirlər və heç bir halda qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovu dəstəkləmirlər".

 

A. Abbasov "Pokrov" meyvə-tərəvəz bazası ətrafında yaranan vəziyyəti də şərh edib: "Bu baza bu gün-dünən yaranmayıb. Neçə illərdir ki, fəaliyyət göstərir. Yazırlar bazarların çox azərbaycanlıların əlindədir, o cümlədən bu meyvə-tərəvəz bazasının. Biz o vaxt bir ölkə idik. Bir yerdə yaşayırdıq. Həmin ölkə dağıldı. Azərbaycan və Özbəkistan bütün SSRİ-ni meyvə və tərəvəz məhsulları ilə təmin edirdi. Azərbaycan təzə gəlməyib ki, bu sahəyə... SSRİ-nin vaxtından azərbaycanlılar bu sahədədir".

  

A. Abbasov qətldə şübhəli bilinən Orxan Zeynalovla bağlı hadisələri belə şərh edib: "Orxan Zeynalov Rusiyaya kosmosdan uçub gəlməyib. O, sərhədi, gömrüyü keçib. Hər bir ölkənin haqqıdır ki, viza tətbiq elsəin, öz ölkəsinin təhlükəsizliyinin təmin eləsin. Bununla Rusiya dövlətinin müvafiq qurumları vaxtında məşğul olmalı idilər".

 

A. Abbasov deyib ki, "bir nəfərə görə hamının üstündən xətt çəkmək olmaz": " O, bu cinayəti törədibsə, qoyun, bu sübuta yetirilsin və ona layiqli cəza verilsin. Amma bundan başqa məqsədlər üçün istifadə etmək düzgün deyil. Bu qətldən istifadə edib iğtişaş törədənlər Rusiyanın zəifləməsini istəyənlərdir".


Sizin Reklam Yeriniz