Müqəddəs Qurban Bayramı Səbail rayonunda qeyd olundu
Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı
Azərbaycanda son illərdə böyük təmtəraqla keçirilir. Bu zaman hər
bir insan öz xeyirhaq əməlləri ilə ehtiyacı olan insanlara
yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonundakı
idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər
tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi təşkil
olunmuşdur. Keçirilən tədbirlərdən biri Bayıl yaşayış sahəsindəki
"Bakı gecələri" restoranında təşkil olunmuş mərasim olmuşdur.
Rayonda fəaliyyət göstərən Ağsaqqallar və Veteran Təşkilatları
Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid
ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi
Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, "Qızıl
Aypara", Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti,
Azərbaycandakı Rus İcmasının və "Sodrucestvo" cəmiyyətlərinin rayon
şöbələrinin rəhbərlərinin və üzvlərinin, həmçinin tədbirin
təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların
nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər
Allahverdiyev müqəddəs Qurban Bayramı münasibəsi ilə təbrik etmiş,
bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin
əhəmiyyəti xüsusi olaraq vurğulamışdır. O, rayonda həyata keçirilər
sosial yönümlü işlər barədə məlumat vermiş, bildirilmişdir ki, bu
işlərlə yanaşı rayon sakinlərindən 3 nəfər həcc ziyarətinə
göndərilmiş, Qurban Bayramı ilə əlaqədar Səbail rayonunda yaşayan
şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi
veteranlarına, qaçqınlara, ərazidə yerləşən 27 yataqxanada kompakt
məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara,
yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə –
ümumilikdə 5000-dən çox ailəyə qurban payları təqdim
edilmişdir.
Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, onu oktyabrın 9-da keçirilən Prezident seçkilərində inamlı qələbəsi münasibəti ilə təbrik etmişlər.
Qurban Bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, "Bibiheybət" ziyarətgahı və İçəri şəhərdəki "Cümə" məscidində də keçirilmiş, daha sonra məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunmuşdur.