Əlaqə Arxiv
news Image
2013.10.17
16:25
| A A A
Məşhur müxbir son qərarını açıqladı

Movqe.Az xəbər verir ki, keçmiş CIA agenti Edvard Snovdenin sızdırdığı ABŞ-ın gizli kəşfiyyat sənədlərini, sol meylli İngilis qəzeti "Guardian"ın yayımladığı üçün həm ABŞ, həm də İngiltərə hökumətlərinin hədəfi halına gələn məşhur müxbir və yazıçı Qlin Qrinvald , "Guardian"dan ayrılıb. Şəxsi bloqunda qərarını açıqlayan Qrinvald , " Çox sevdiyim qəzetimdən ayrılmaq qərarını almağım çətin oldu, lakin bir jurnalistin kariyerasında yalnız bir dəfə sahib ola biləcəyi, rədd edilməyəcək bir fürsət tapmışam" deyib. İllərdir "Guardian"ın Braziliya müxbiri olan jurnalist hansı media quruluşuna transfer olduğunu hələlik açıqlamayacağını söyləsə də, internet satış saytı eBayda İran əslli Amerikalı qurucu Pierre Omidyarın maliyyəyələşdirəcəyi  bir xəbər saytının başına keçəcəyi deyilib. Forbes jurnalına görə 8.5 milyard dollarlıq sərvətə sahib Omidyar , Tvitter hesabında ABŞ-ın gizli izləmə proqramından böyük narahatlıq duyduğunu bildirmişdi.

 

 


Sizin Reklam Yeriniz