Əlaqə Arxiv
news Image
2013.10.17
16:47
| A A A
Komitə reydlərə başladı-Özəl
Fazil Talıblı: "Sertifikatsız qaz sobalarının satışının qarşısının alınması məqsədilə redylərə başlanılıb" Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sertifikatsız qaz sobalarının satışının qarşısının alınması məqsədilə redylərə başlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının Movqe.az-a verdiyi məlumata görə,  monitorinqlər mövsümlə əlaqədar daha da gücləndirilib: "Payız-qış aylarında qaz sobalarna tələbat daha çox olduğuna görə komitə yanında dövlət nəzarət xidməti bu sahəyə nəzarət tədbirlərini daha da intensivləşdirib. Sertifikatsız qaz sobalarının satışının qarşısını almaq üçün artıq reydlərə start verilib. İstehlakçılar da, qaz sobası alarkən sertifikat tələb etməyi, həyat və sağlamlıqları üçün potensial təhlükə olan sobaları almamalıdırlar.  Artıq Komitə nəzarət tədbirlərini gücləndirib. Amma alıcılar da satışdakı keyfiyyətsiz sobalarla bağlı Komitəyə məlumat verə bilər".   
Sizin Reklam Yeriniz