Əlaqə Arxiv
news Image
2013.10.17
17:26
| A A A
İran bu dəfə ciddidir

Movqe.Az xəbər verir ki, İran və AB-in başçılıq etdiyi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ( P5 +1) arasında Cenevrədə iki gündür davam edən nüvə müzakirələrin ilk hissəsi dünən başa çatıb. Ağ Ev spikeri Cey Karney, İranın təşkil etdiyi təqdimatın faydalı olduğunu söyləyib. İranın , bu günə qədər görmədikləri səviyyədə ciddilik ehtiva edən yeni təklif təqdim etdiyini söyləyən Karney, " Unutmamaq lazımdır ki heç kim bir gecədə əhəmiyyətli bir irəliləyiş gözləməməlidir . Bunlar kompleks mövzulardır, texniki məsələlər var. Prezident Obamanın dediyi kimi, keçmişə söykənən qarşılıqlı etibarsızlıq var. Burada məsuliyyət, beynəlxalq öhdəliklərə uyğun gəlmə nöqtəsində İrana aiddir və hər hansı bir razılaşma , İranın proqramının xüsusilə sülh məqsədli olduğunu beynəlxalq cəmiyyətə sübut etmək məcburiyyətindədir "deyib. AB-in başçılıq etdiyi P5 +1 və İran arasında Cenevrədə, Tehran rəhbərliyinin nüvə proqramına aid iki gün davam edən müzakirələr reallaşdırılmış , danışıqların sonunda , tərəflərin Cenevrədə 7-8 Noyabrda yenidən görüşməsi gözlənilir.


Sizin Reklam Yeriniz