Əlaqə Arxiv
news Image
2013.10.17
18:36
| A A A
Avtobuslarda kart sistemi 2014-cü ildən tətbiq ediləcək
Məzahir Rüstəmov: "Kart sisteminə keçidin yubanmasının səbəbi, sahibkarlarla sürücülərin əmək haqqı ilə bağlı razılığa gəlməməsidir" Paytaxtda ictimai nəqliyyatda kart sistemi 2014-cü ildən tətbiq ediləcək. Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmovun Movqe.az-a verdiyi məlumata görə, kart sisteminə keçidin yubanmasının səbəbi,  sahibkarlarla sürücülərin əmək haqqı ilə bağlı razılığa gəlməməsidir. M. Rüstəmovun sözlərinə görə, sahibkarlar öz gəlirlərinin bank hesabına keçməsi ilə razılaşmırlar: "Onların gəlirlərinin bank hesabına daxil olması sahibkarların xərclərini artırır. Belə halda sahibkarların gəlirlərindən vergi ödəmək məcburiyyətində qalırlar ki, bu da sahibkarlara sərf etmir. Sahibkarlar sürücülərlə əmək haqqı məsələsində razılığa gələ bilmirlər. Belə ki, sürücülər onlara ödəniləcək 600 manata 8 saat işləmək müqabilində razılaşırlar. Bu isə sahibkarlara sərf etmədiyindən onların arasında hələki danışıqlar gedir". 


Sizin Reklam Yeriniz