Əlaqə Arxiv
news Image
2013.10.17
21:00
| A A A
Azərbaycanın Türkiyədə inşa etdiyi neft emalı zavodunun tikinti müddəti artırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin Əlağa limanında inşasına başladığı "Star" neft emalı zavodunun tikintisinin 2018-ci ildə başa çatdırılması planlaşdırılır.


ARDNŞ-dən "APA-Economics"ə bildirilib ki, neft emalı zavodu 100 aydan sonra tikilərək istifadəyə tam olaraq təhvil veriləcək.

 

Xatırladaq ki, daha əvvəl Türkiyə hökuməti ilə ARDNŞ arasında əldə olunmuş ilkin razılığa görə, müəssisə 60 ay ərzində tikilərək istifadə verilməli idi. İndi isə zavodun tikintisi ilə bağlı işlər üçün ayrılan müddət daha 40 ay artırılaraq, ümumilikdə 100 aya çatdırılıb.

 

Qeyd edək ki, "Petkim Holding"in tərkibində olacaq "Star" neft emalı zavodunun illik emal gücü 10 mln. ton neft, ümumi dəyəri isə 5,3 mlrd. ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinə 2011-ci ilin oktyabrında başlanılıb.

Sizin Reklam Yeriniz