Əlaqə Arxiv
news Image
2013.10.18
11:33
| A A A
Rusiya XİN müavini: “Baş verənlərin Rusiya-Azərbaycan münasibətlərinin ziyanına şərh olunmasını istəmirik”

Qriqori Karasin: "Baş verənlərin Rusiya-Azərbaycan münasibətlərinin ziyanına şərh olunmasını istəmirik"

"Biz baş verənlərlə bağlı çox narahatıq. İstəmirik ki, baş verənlər Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin ziyanına şərh olunsun". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin verib.

 

Azərbaycan vətəndaşı Orxan Zeynalovun Yeqor Şerbakovu qətlində şübhəli bilinərək saxlanılması ilə bağlı baş verən hadisələri şərh edən nazir müavini bildirib ki, Rusiyanın məhkəmə araşdırması keçirməyə əzmi çatır: "Əminik ki, məhkəmə araşdırması keçiriləcək və günahkara layiqli cəza veriləcək. Lakin elə etməliyik ki. heç bir halda, istər Azərbaycanda, istərsə də Rusiyada millətçi tendensiya qızışdırılmasın. Bu, bizim mövqeyimizdir və bu mövqe hər zaman belə də olacaq. Rusiya çoxmillətli dövlətdir, hansı ki, müxtəlif millətlərin nümayəndələri arasında tarazlığa dəyər verir. Azərbaycanla da münasibətlərimizi yüksək dəyərləndiririk və bu münasibətlərin məntiqi inkişafına və qanuna görə ehtiyatlı hərəkət edəcəyik". 

Sizin Reklam Yeriniz