Əlaqə Arxiv
news Image
2013.10.18
11:37
| A A A
ATƏT-in Minsk Qrupu təmas xəttində baş verən insidentlə bağlı bəyanat yayıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 17-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı baş verən insidentlə bağlı bəyanat yayıb.


Bəyanatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun səhra köməkçiləri təmas xəttinin cənub istiqamətində keçirilən monitorinqdə iştirak ediblər. Hər iki tərəfin yerli komandirlərindən təhlükəsizlik zəmanətləri alandan sonra ATƏT-in hər iki komandası müşahidə nöqtəsinə çatanda, atəş səsləri eşidilib. Atəşin hansı tərəfdən açıldığını müəyyən etmək mümkün olmayıb.

 

Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən şəxsi nümayəndə monitorinqi keçirməməyə qərar verib.

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyan ediblər ki, bu cür istisnalı və təəssüf doğuran insidentlər şəxsi nümayəndənin və onun komandasının işini, eyni zamanda 1994-cü ilin mayında əldə olunan atəşkəs razılaşmasını pozur.

 

Həmsədrlər müvafiq rəsmiləri hadisəni dəqiqliklə və qərəzsiz araşdırmağa çağırıb.


Sizin Reklam Yeriniz