Əlaqə Arxiv
news Image
2013.10.18
12:16
| A A A
BMT Təhlükəsizlik Şurasının 5 yeni qeyri-daimi üzvü seçilib

BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvlüyünə növbəti seçkilər keçirilib.


APA-nın BMT mətbuat xidmətinə istinadən xəbərinə görə, Nigeriya, Çad, Səudiyyə Ərəbistanı, Litva və Çili 1 yanvar 2014-cü ildən Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü olacaqlar.

 

Onlar Mərakeş, Toqo, Pakistan, Azərbaycan və Qvatemalanı əvəzləyəcəklər.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ daimi üzvlərdir. 10 qeyri-daimi üzvlər isə Baş Assambleya tərəfindən 2 il müddətinə seçilir. Hər il onlardan 5-i dəyişdirilir.


Sizin Reklam Yeriniz