Əlaqə Arxiv
news Image
2013.10.18
17:50
| A A A
ÜST-ün nümayəndəsi Azərbaycana gətiriləcək yeni peyvəndlərin gecikməsinin səbəbini açıqladı-Özəl

Azərbaycana uşaqlar üçün yeni, pnevmakok peyvəndlərin gətirilməsi Səhiyyə nazirliyinin əmrindən asılıdır. Bu məlumatı Movqe.az-a ÜST-nın Azərbaycanda yoluxucu xəstərliklər üzrə mütəxəssisi Vüsalə Allahverdiyeva verib. V. Abdullayeva deyib ki, Azərbaycan tərəfinin yeni pnevmakok peyvəndlərin tətbiqi ilə bağlı hazırlıq işləri yüksək qiymətləndirilib və ölkəmizə peyvəndin verilməsi ilə bağlı qərar qəbul olunub: "İndi Səhiyyə Nazirliyi pnevmamok peyvəndlərin tətbiqinə başlanılacaq vaxtı açıqlamalıdır ki, peyvəndlər  həmin tarixə Azərbaycana göndərilsin".

V. Allahverdiyeva bunun Səhiyyə Nazirliyinin daxili əmrindən sonra mümkün olduğunu söyləyib. Onun sözlərinə görə, tarix açıqlandıqdan sonra ÜST tərəfindən Azərbaycana peyvəndlərin göndərilməsi ilə bağlı qərar qəbul ediləcək.  

Qeyd edək ki,pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərlə rastlaşma tezliyi çox azalacaq.

Sizin Reklam Yeriniz