Əlaqə Arxiv
news Image
2013.10.18
20:30
| A A A
Gəncədə yeni körpü salınacaq

Körpü şəhər yollarında olan tıxac problemini aradan qaldırmaq üçün salınacaq

Yol  Gəncənin mərkəzində yeni körpü salınacaq. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə bu ilin 9 ayı ərzində görülən işlərlə bağlı hesabat yığıncağında məlumat verib. Onun sözlərinə görə, yeni körpünün salınma məqsədi, şəhər yollarında olan tıxac problemini aradan qaldırmaqdır.


İndiyə kimi mövcud olan körpülərin əksəriyyətinin çayın üzərində olduğunu söyləyən icra başçısı, yeni körpünün şəhərin mərkəzi küçələrindən birində salmağı planlaşdırdığlarını da qeyd edib: "Hazırda şəhəri iki hissəyə bölən Gəncə çayı üzərində 7 körpü var "


İcra başçısı şəhərdəki 7 körpünün əsaslı təmir edilməsi ilə bağlı artıq nəqliyyat naziri Ziya Məmmədovdan razılıq aldılarını da söyləyib: "Gələn il mövcud körpülərdə əsaslı təmir işlərinə başlanılacaq".


Sizin Reklam Yeriniz