Əlaqə Arxiv
news Image
2013.10.21
00:11
| A A A
71 günün sonunda türk pilotlar vətənə döndülər
Liviyada qaçırıldıqdan sonra sərbəst buraxılan türk pilotlar - Murat Akpınar ve Murat Ağça İstanbula dönüblər. Akpınar ve Ağçanın olduğu "Qatar" şirkətinə aid təyyarə saat 23.10-da "Atatürk" hava limanına enib. Pilotları Türkiyənin baş naziri R. T. Ərdoğan qarşılayıb. Murat Akpınar jurnalistlərin suallarını cavablandırarkən keçmiş günlərini bu cür şərh edib: "İlk bir ay çox çətin oldu. Bizi iki dəfə transfer etdilər. 15 gün bir otaqda Günəş üzü görmədik. İlk saxlandığımız yer hava limanına çox yaxın idi. Təyyarələrin enişini asanlıqla eşidirdik. Saxlanıldığımız müddətdə heç vaxt şiddət görmədik. Əgər elə olsaydı, indi biz burda olmazdıq. Baş nazirimizin ailələrimizlə görüşü bizə orda dözümlü olmaq gücü verdi".

Xatırladaq ki, pilotlar bu ilin 9 avqust tarixində qaçırılmışdı.

Sizin Reklam Yeriniz