Əlaqə Arxiv
news Image
2013.10.21
10:00
| A A A
Bu gün Bakıda hava yağmursuz olacaq

Oktyabrın 21-də Azərbaycanda hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var.

Sizin Reklam Yeriniz