Əlaqə Arxiv
news Image
2013.10.21
11:57
| A A A
Azərbaycan "Junior Eurovosion"da iştirak edəcək

İctimai Televiziya ölkə təmsilçisini müəyyən etmək 10-15 yaş arası 100-dən çox uşağı dinləyib

Mədəniyyət  Azərbaycan İctimai Televiziya və Radio Yayımları Birliyi Uşaq Erovision 2013 mahnı müsabiqəsində iştirakını təsdiq edib. Movqe.az-ın məlumatına görə, oktyabrın 18-i, Avropa Yayımları Birliyi rəsmi şəkildə Azərbaycanın bu müsabiqədə iştirakı haqda məlumat yayıb. 

Artıq bu ay ərzində İctimai Televiziya ölkə təmsilçisini müəyyən etmək üçün dinləmələr keçirib. Kanalın təşkil etdiyi kastinqlərdə 10-15 yaş arası 100-dən çox uşaq iştirak edib. Uşaq "Eurovision" mahnı yarışmasında iştirak edəcək təmsilçi və mahnı ilə əlaqədar bir qədər sonra daha ətraflı məlumat veriləcək. 


Qeyd edək ki, Azərbaycan ilk dəfə bu müsabiqədə 2012-ci ildə iştirak edib. Ömər Sultanov və Suada Ələkbərova dueti "Girls & Boys" (Dünya sənindir) mahnısı ilə müsabiqədə 11-ci yer tutub. 


Sizin Reklam Yeriniz